123 Street, NYC, US 0123456789 info@example.com

Xidmətlər

Təhsil:

Ən yaxşı məktəbi müəyyənləşdirmək, nəqliyyatla təminat və qidalanma da daxil, təhsillə bağlı bir çox məsələlərdə sizə kömək etməyə hazırıq. Xaricdə uyğun universitet seçmək üçün də bizə müraciət edə bilərsiniz. Özünüz, həmkarlarınız və ya əməkdaşlarınız üçün fərdi treninqlər təşkil edirik.

Daşınmaz əmlakın idarə olunması:

Daşınmaz əmlakın alınıb-satılması və ya kirayə verilməsi bəzən əsl dəhşətə çevrilir. Çox vaxt maklerlər tez gəlir əldə etmək üçün uyğun olmayan təkliflərlə qapınızı döyürlər. Biz isə sizin maraqlarınızı müdafiə edən əməkdaş ayırırıq. Bazarda mövcud olan ənənəvi yollarla yanaşı, airbnb.com, booking.com və s. kimi beynəlxalq platformalardan da istifadə edirik.

Turizm:

Aviabiletin alınmasından planetin ən əlçatmaz guşələrində eksklüziv istirahətə qədər turizmin hər sahəsində kömək etmək üçün müraciətinizi gözləyirik. Biz bazar təkliflərini araşdırır və sizə sadəcə ən yaxşılarını təqdim edirik.

Tibb:

Dünyanın ən yaxşı tibb konsyerjlərinin yer aldığı iki pulsuz məsləhətləşmə  ixtiyarınızdadır. Mütəxəssis sizin diaqnozla bağlı ikinci rəy yazır, klinikalar və  qiymətlərlə bağlı məsləhətlər verir. Ehtiyac olarsa, bütün müalicə kursu dövründə sizi tərcüməçi ilə təmin edə bilərik. Dünyanın ən məşhur kurort və sanatoriyaları sizdən bircə addım uzaqdadır.

Məişət xidmətləri:

Evdə kiçik təmir işi belə bütün vaxtınızı ala bilər. Usta tapmaq, problemi izah etmək, təmir üçün lazım olan materialların siyahısını tutmaq və onları müxtəlif mağazalarda tapıb almaq. Daha böyük miqyaslı təmirdən isə danışmağa dəyməz. Bu, on dəfə artıq problem deməkdir. Paltar, ayaqqabı, dəri məmulatlarının təmiri kimi istənilən məişət məsələsində də sizə yardım edə bilərik. Avtomobilin təmiri və tyuninqi də görə biləcəyimiz işlər sırasındadır. Bu kimi işlərin kimə gəldi etibar edilmədiyini yaxşı bilirik.

Alış-veriş:

Bəzi qayğılar xoş olmaqla yanaşı, yorucu da ola bilir. Məsələn, hədiyyələrin seçilməsi, alınması və bağladılması. Yaxud satmaq və ya xeyriyyə işləri üçün vermək istədiyiniz çoxlu sayda əşya yığılıb qalıb, amma bununla məşğul olmağa heç cür vaxt tapa bilmirsiniz. Biz kömək etməyə şad olarıq.

Ev personalı:

Dayəni, ev köməkçisi və ya sürücünüzü dəyişmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Bu vəzifələrə uyğun şəxslərin seçilməsi üçün müsahibələr təşkil edirik. Sənədləşməni qanunvericiliyə uyğun aparır, şəxsin kriminal keçmişini yoxlayırıq.

Nəqliyyat:

Dəniz, çay, quru və ya hava nəqliyyatına aid istənilən vasitənin  – avtomobil, yaxta, hətta pilotlu təyyarənin icarəyə götürülməsində kömək edə bilərik.

Çatdırılma:

Qiymətli hədiyyə və ya vacib məktubu kuryerə etibar etmirsinizsə, bizim əməkdaşlar xidmətinizdədir. Sizin sifarişi motosiklet və ya xüsusi maşınla yerinə yetiririk.

Hüquqi məsləhət:

Bizim bir neçə yerli və beynəlxalq hüquq şirkəti ilə müqaviləmiz var. Onlar istənilən vaxt istənilən hüquqi probleminizi məmnuniyyətlə həll edəcəklər. Bizim paketdə hüquq məsləhətçisi ilə üç pulsuz məsləhətləşmə də var.

Tədbirlərin təşkili:

Siz seçin: bağ evində qəlyanlı kabab partisi, yoxsa 5-6 qonaqla ev məclisi? Bəlkə böyük korporativ tədbir? Yaddaqalan pozitiv məclislər üçün sizi ən yaxşı tədarükçülərin ideal siyahısı ilə tanış edə bilərik.

Əyləncə:

Şəhərdə və şəhər ətrafında baş verən heç bir mədəni hadisə gözümüzdən qaçmır. Konsertə yaxud premyeraya bilet almağa, kinoteatrda xüsusi nümayiş təşkil etməyə və ya istədiyiniz ulduzun tədbirinizdə iştirakını təmin etməyə məmnun olarıq.

İstirahət:

Restoranda masa sifariş etmək, ova getmək və ya balıq tutmaq arzusundasınız? Bütün xırdalıqları nəzərə alan ekspertlərimiz üçün heç bir fərqi yoxdur, siz sadəcə nə istədiyinizi deyin.

Məlumat:

İnternetdə kino seansları və ya hansısa restoranın telefonunu axtarmaq vaxt itkisidir. Siz sadəcə bizə zəng edin.